ABŞ Gürcüstan hökumətinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
09.07.2024 16:50
528
Dünya
A
ABŞ Gürcüstan hökumətinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, ehtimal ki, bir neçə gün ərzində Gürcüstana sanksiyaları qanun layihəsi - "MEGOBARI ACT" üzərində işləməyə başlayacaq.

Aktual.ge xəbər verir ki, bu barədə "Foreign Press USA"nın müxbiri Aleks Raufoğlu rəsmi "X" səhifəsində məlumat yayıb.

O, Konqresdəki mənbələrə istinad edərək yazıb ki, qanun layihəsi üzərində iş 10 iyulda başlayacaq və müzakirə/səsvermə bu ayın sonuna qədər başa çatacaq.

Məlumat üçün bildirək ki, ABŞ-ın iki partiyalı qanun layihəsi olan "MEGOBARI ACT" "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna görə məsuliyyət daşıyan şəxslər cavab verməyi nəzərdə tutur..

ŞƏRH YAZ
4