Parlamentin sədri: Aİ əsgər tapa bilməyəndə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas edib
09.07.2024 18:03
523
Siyasət
A
Parlamentin sədri: Aİ əsgər tapa bilməyəndə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas edib

Avropa İttifaqı (Aİ) Mərkəzi Afrika Respublikasında hərbi missiyada iştirak etmək istəyən üzv dövlətləri tapa bilməyəndə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas edib.

Aktual.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Facebook” paylaşımında belə qeyd edib.

O, Gürcüstanın bu missiyada ən böyük hərbi kontingenti olan ikinci ölkə olduğunu xatırladıb:

“Biz xatırlamalıyıq ki, 2014-cü ildə Avropa İttifaqı Mərkəzi Afrika Respublikasında (EUFOR RCA) hərbi missiyada iştirak etmək istəyən üzv dövlətləri tapa bilməyəndə “Gürcü Arzusu” hökumətinin qərarı ilə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas etdi. Biz bu çox çətin əməliyyatda yeganə qeyri-Aİ ölkəsi idik və Fransadan sonra (ən böyük) hərbi kontingenti olan ikinci ölkə idik”.

Qeyd edək ki, Aİ “xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstan Müdafiə Qüvvələri üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurub. 

ŞƏRH YAZ
10