
Artıq bir neçə gündür ki, Gürcüstan poçtunun adı ilə vətəndaşlara müxtəlif nömrələrdən saxta mesajlar göndərilir.
Aktual.ge xəbər verir ki, onlara bağlamalarının anbara gəlib çatdığını və ünvanlarını yanlış qeyd etdiklərinə görə, çatdıra bilmədiklərini yazırlar.
Rəqəmsal Təhlükəsizlik Eksperti Andro Qotsiridze sosial şəbəkədə paylaşım edərək əhalini diqqətli olmağa çağırır.
"Fırıldaq kampaniyası davam edir, SMS vasitəsilə vətəndaşlara mesaj gönderilir, guya Gürcüstan poçtu bağlamanı təhvil vermək üçün ünvanı qeyd etməyi xahiş edir. Mesajın mətni cazibədar olsa da, şəxsi nömrə, mətndəki xəta və linkin "hörmətsiz" görünüşü bunun rəsmi mesaj olmadığını açıq şəkildə göstəri. Linkə daxil olmayın, belə olan halda bütün telefonunuz və ya kompüteriniz, bütün proqramlar o cümlədən, mobil bank parolları və bütün fayllar, şəkillər, səslər, videolar başqasının əlinə keçə bilər. Əgər, səhv edib linkə daxil olmusunuzsa parolları dəyişdirin, iki faktorlu autentifikasiyanı aktivləşdirin (dələduzun sorğusunu yerinə yetirdiyiniz keçiddən deyil)”, - o yazıb.