Aqil Mustafayev:
10.07.2024 09:08
1093
Siyasət
A
Aqil Mustafayev: "Marneulidə yaşayan vətəndaşlar "Gürcü Arzusu" üçün ikinci dərəcəlidir"

"Hakimiyyətin bu günki qərarı bir daha sübüt etdi ki, Marneulidə yaşayan vətəndaşlar "Gürcü Arzusu" üçün ikinci dərəcəlidir".

Aktual.ge xəbər verir ki, bunu müxalif "Lelo" partiyasının Kvemo Kartli nümayəndəsi Aqil Mustafayev sosial şəbəkədə yazıb.

"Demək olar ki, təbii fəlakətlərdən zərər çəkən ən çox elə Marneuli olmuşdur. Amma buna baxmayaraq onlarla bələdiyyə arasında biz yoxuq. Bu nə deməkdir?! Yerli hakimiyyət, "kalstuklu" məmurlar niyə indi çıxıb açıqlama vermirlər? Seçki ili olduğunu yəqin unutdular...

Bu xalq sizin nağıllarınıza və yalan vədlərinizə inanan deyil.

Təcili olaraq bu ciddi səhv düzəldilməli, Marneuli və kəndlərimizdə təbii fəlakətlərdən zərər çəkən şəxslərə kömək edilməlidir" , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
6