Kateqoriyalar
Hökumət dostları ilə qəbuledilməz ritorikadan istifadə edərsə, dostluq dəyişər.
Aktual.ge xəbər verir ki, bu sözləri Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer jurnalistlərlə söhbətində bildirib.
"Mən bu ilin birinci yarısında müşahidə etdiyim kimi xarici siyasətdə belə bir dəyişiklik görməmişəm. Bir çox obyektiv amillər var. Onların arasında Avropa standartlarına uyğun gəlməyən şəffaflıq qanunu da var. Bu qanunla AB-yə daxil ola bilməzsiniz.
Biz 30 ildir dostuq və birdən-birə faşist, terrorçu olmağımız, partnyorların belə ritorika ilə danışması təəccüb doğurur. Hökumət dostları ilə qəbuledilməz ritorikadan istifadə edərsə, dostluqlar dəyişir”, - Fişer bildirib.