Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib
10.07.2024 13:17
340
Siyasət
A
Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib

ABŞ-nin ardınca Almaniya da Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib.

Aktual.ge xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.

Səfir deyib ki, Almaniya Silahlı Qüvvələri NATO-nun Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təlimində iştirakdan imtina edib.

"Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan böyük hüquq forumunu ləğv etdik. Növbəti addımları nəzərdən keçirəcəyik. Gürcüstan vətəndaşları Aİ-nin nə qədər vacib olduğunu düşünməlidirlər. Əgər bunu istəyirlərsə, yenidən yola qayıtmalı olacaqlar”, - deyə səfir əlavə edib.

ŞƏRH YAZ
4