13 Yaşlı uşağı təcavüz edən kişiyə 15 il həbs cəzası verilib
10.07.2024 20:00
692
Kriminal
A
13 Yaşlı uşağı təcavüz edən kişiyə 15 il həbs cəzası verilib

Prokurorluğun təqdim etdiyi sübutlar əsasında Qurcaani rayon məhkəməsi təqsirləndirilən şəxsi azyaşlının zorlanmasında təqsirli bilib və 15 il müddətinə azadlıqdan məhrum edib.

Aktual.ge xəbər verir ki, prosesdə sübut edilib ki, təqsirləndirilən şəxs bu il yanvarın 18-də Qurcaani rayonunun Cimiti kəndində yerləşən fermada 13 yaşlı azyaşlıya təcavüz edib.

Saxlanılan şəxs Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi (azyaşlıya zor tətbiq etməklə zorlama) ilə ittiham olunub.

Qurcaani rayon məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və 15 il müddətinə azadlıqdan məhrum edib.

ŞƏRH YAZ
0