Millət vəkili: Ədalətsizliyə son qoyun, Marneuliyə yardım göstərin!
11.07.2024 01:17
1906
Siyasət
A
Millət vəkili: Ədalətsizliyə son qoyun, Marneuliyə yardım göstərin!

"Məlum olduğu kimi, Gürcüstan Hökumət
Administrasiyası təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün Marneuli istisna olmaqla, 43 bələdiyyəyə 104 milyon 877 min lari ayırıb".

Aktual.ge xəbər verir ki, bunu Parlamentin üzvü Tariyel Nakaidze sosial şəbəkədə yazıb və Hökumət Administrasiyasının bələdiyyələrə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ayırdığı yardımla ba sual ünvanlayıb: "Marneulini niyə unutdunuz?".

"Təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün sərəncam verən Gürcüstan hakimiyyətinin, xüsusən də baş nazirin qərarı Marneuli bələdiyyəsi istisna olmaqla 43 bələdiyyəyə aiddir.

Nə baş verir?

Düşünürəm ki, bu, Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə yaşayan həmvətənlərinin kənarlaşdırılmasına kömək edən məqsədyönlü ayrı-seçkilik yanaşmasıdır.

Məsul şəxsləri müvafiq tədbirlər görməyə və bütün zərərçəkənlərə maddi yardım göstərməyə çağırıram! Bu total nizamsızlıq və ədalətsizliyə son qoyulmalıdır" , - Tariyel Nakaidze deyib.

ŞƏRH YAZ
1