Nazirlər Kabinetinin iclası elan edildi: Masada Marneuli mövzusu var?
11.07.2024 08:28
751
Siyasət
A
Nazirlər Kabinetinin iclası elan edildi: Masada Marneuli mövzusu var?

Bu gün Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçiriləcək.

Bu barədə Aktual.ge Xəbər Portalına Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin iclasında nələrin müzakirə ediləcəyi, habelə masada hansı mövzuların olduğu barədə məlumat verilməyib.

Çox güman ki, Baş nazir İrakli Kobaxidze ölkədəki son proseslərlə bağlı danışacaq. Bundan əlavə ehtimal olunur ki, Baş nazir 26 may Marneulidə baş vermiş təbii fəlakətlə bağlı da çıxış edəcək.

ŞƏRH YAZ
4