13.07.2024 17:59
649
Siyasət
A
"Sənin gözünlə görülən Marneuli" müsabiqəsinin qalibləri məlum olub

Marneulinin Mədəniyyət Mərkəzinin "Sənin gözünlə görülən Marneuli" adlı foto müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Mədəniyyət Mərkəzi məlumat yayıb.

"Əminə Əhmədova "Xalqın seçdiyi foto" nominasiyasının qalibi olub. "Mədəniyyət Mərkəzinin Seçilmiş Fotosu" nominasiyasının qalibi  Gülizar Orucova elan edilib. 3-cü yer və 300 lari pul mükafatı Sahil Hüseynova layiq görülüb. 2-ci yer və 500 lari məbləğində pul mükafatı Linda Beridzeyə təqdim edilib. Birinci yerin qalibi olaraq İsə Səmədov seçilib və o, 700 lari pul və fotomüsabiqənin xüsusi hədiyyəsi ilə mükafatlandırılıb. Bütün müsabiqə iştirakçılarına mədəniyyət mərkəzi tərəfindən bugünkü sərgi məkanı üçün xüsusi olaraq çap olunmuş öz müsabiqə fotoları təqdim olunub",- deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
7