
Hüquq Məsələləri Komitəsi “İnzibati Xətalar Məcəlləsi”nə balıq ovu və Qara dənizin çirklənməsi məsələlərinə aid olan dəyişikliyi birinci oxunuşda müzakirə edib və dəstəkləyib.
Aktual.ge xəbər verir ki, dəyişiklikə əsasən, məcəlləyə balıqçılıq silahının mülki dövriyyəsini tənzimləyən maddə əlavə edilir.
Maddənin birinci hissəsi mülki dövriyyəyə buraxılmış balıq daşıyan elektrik vuran qurğunun qanunsuz əldə edilməsi, saxlanması, aparılması, başqasına verilməsi və özgəninkiləşdirilməsi hallarını tənzimləyir.
Qeyd olunan tələblərin pozulmasına görə cərimə 1000 lari məbləğində və silahların müsadirə edilməsi ilə müəyyən edilir.
Maddənin 2-ci hissəsində qeyd olunan əməlin təkrar törədilməsi halında bu da 2000 lari məbləğində cərimə və silah-sursatın müsadirəsi ilə nəticələnir.
Sözügedən maddənin 3-cü hissəsi elektrik balıq ovu silahlarının hazırlanması, alınması, saxlanması, daşınması, göndərilməsi məsələlərini tənzimləyir və təkrar törədildikdə üç min lari məbləğində cərimə və silahın müsadirə olunmasını, 4-cü hissəsi isə cinayətin təkrarlanması zamanı 6000 lari məbləğində cərimə və silahın müsadirə edilməsini nəzərdə tutur.