
Kateqoriyalar
Gürcüstanda, Xüsusi Təyinatlı Qüvvələrin rəisi Zviad Xazarişvili ilə qarşıdurmada olan Kvemo Kartli bölgəsinin qubernator müavini Giorgi Şinjikaşvili ölkədən qaçıb və geri qayıda bilmir.
Aktual.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Məlumata görə, vitse-qubernator artıq vəzifəsindən istefa verib. Telekanalın xəbərində qeyd olunub ki, Giorgi Şinjikaşviliyə istefa ərizəsini ölkə xaricində imzalatdırıblar.
Qeyd olunub ki, hökumət nümayəndələri tərəflər arasında barışıq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər. Zviad Xazarişvili vitse-qubernatou şikəst etmək və öldürməklə hədələyir.