40 yaşlı kişiyə balta ilə xəsarət yetirilib
17.07.2024 13:52
541
Siyasət
A
40 yaşlı kişiyə balta ilə xəsarət yetirilib

Tbilisinin mərkəzində 40 yaşlı kişiyə balta ilə xəsarət yetirilib.

Aktual.ge xəbər verir ki, yaralı kişi xəstəxanaya yerləşdirilib.

Hücumda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. O qətlə cəhd ittihamı ilə saxlanılıb.

Qonşuların balta ilə qarşıdurması Saburtaloda, Kvernadze küçəsində müşahidə kameralarının önündə baş verib.  Qonşuların sözlərinə görə, hər iki şəxs sərxoş olub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən sağlamlığa qəsdən zərər vurma 118-ci maddə ilə istintaqa başlanılıb.

ŞƏRH YAZ
5