
Kateqoriyalar
Marneuli bələdiyyəsinin Əzizkənd kəndində, İmam Həsən Hüseyn məscidində Aşura mərasimi keçirilib, ehsan süfrəsi açılıb. Mərasimdə sakinlər Hz.Məhəmməd Peyğəmbərin nəvəsi Hz.İmam Hüseyn üçün sinə vurub, göz yaşı töküb və dualar ediblər.
Qeyd edək ki, Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Aktual.ge ətraflı süjeti təqdim edir: