
Kateqoriyalar
İyulun 21-dək Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənməsi ehtimalı var.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyindən bildirilib.
Paytaxtda - Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Gürcüstanın sahil bölgəsində - Batumi, Kobuleti, Anakliya, Potidə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, havanın temperaturu gün ərzində +27, +29 dərəcə isti təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvalidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.