
Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Kostava küçəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Aktual.ge-nin verdiyi məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Hadisə yerindən əldə edilən məlumata görə, 53 yaşlı kişi epilepsiya xəstəsi idi. O, səhər saatlarında "Mercedes" markalı avtomobili idarə edərkən xəstəliyi tutub və sükanı itirib. Nəticədə, avtomobil Kostava küçəsində yerləşən hərbi bazanın yaxınlığındakı çaya düşüb. Bir müddət sonra avtomobil və içindəki meyit çaydan çıxarılıb.
Hadisə yeri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən sarı lentə alınıb. Ərazidə araşdırma davam edir.