Təhsil sistemində yenilik: icbari təhsil 9 ildən 10 ilə uzanacaq
19.07.2024 10:15
577
Maraqlı
A
Təhsil sistemində yenilik: icbari təhsil 9 ildən 10 ilə uzanacaq

Ümumi təhsil pillələrində dəyişiklik edilir. İcbari baza təhsili 9-cu sinif deyil, 10-cu sinif təhsili ilə müəyyən edilir və şagirdlər 10-cu sinif də daxil olmaqla icbari təhsillə təmin olunacaqlar.

Aktual.ge xəbər verir ki, bu parlamentin növbədənkənar sessiyasında üçüncü oxunuşda təsdiq edilən “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

Qəbul edilmiş qanuna əsasən, Gürcüstanda ümumi təhsilin üç səviyyəsi aşağıdakı kimi müəyyən edilir: - ibtidai (6 illik - I-VI siniflər), əsas (4 illik - VII-X siniflər) və orta (2 illik - XI-XII siniflər).

Sözügedən dəyişikliyə uyğun olaraq, baza səviyyəsi 1 il artırılaraq 4 ilə, üçillik orta təhsil isə 2 ilə endirilir ki, tam ümumi təhsil 12 il qalsın.

 

ŞƏRH YAZ
0