
Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Aşağı Saral kəndində ağır qəza baş verib.
Aktual.ge xəbər verir ki, günün ikinci yarısında baş verən qəzada 2 nəfər dünyasını dəyişib. Eyni zamanda verilən mılumata görə, yaralılarda var.
Hadisə yerindən verilən məlumata görə, yanacaq daşıyan iri həcmli maşın ilə minik avtomobil toqquşub.
Aktual.ge hadisəninin detallarını daha ətraflı araşdırır.
Hadisə yerinə təcili tibbi yardım maşını, yanğın söndürmə briqadası və patrul polis cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.