Qardaş qardaşını balta ilə öldürüb
27.07.2024 13:16
1430
Kriminal
A
Qardaş qardaşını balta ilə öldürüb

Hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı şəxsi qardaşını qətlə yetirməkdə ittiham edərək saxlayıblar.

Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qardaş qardaşına balta ilə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Bildirilib ki, cinayəti törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Qeyd olunub ki, keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü B.S. Ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tsaqeri bələdiyyəsində balta ilə qardaşı 1988-ci il təvəllüdlü V.S.-yə ölümcül xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində V.S. hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən B.S. isti izlərlə saxlanılıb. Polis cinayət silahını - baltanı sübut kimi götürüb" , - məlumatda deyilir.

Bildirilib ki, araşdırma davam edir.

ŞƏRH YAZ
9