Ağır cinayət: 18 yaşlı oğlan qətlə yetirilib - VİDEO
27.07.2024 19:37
1373
Kriminal
A
Ağır cinayət: 18 yaşlı oğlan qətlə yetirilib - VİDEO

İmereti polisi qəsdən adam öldürmə faktını isti izlərlə açıb - 1 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

"Daxili İşlər Nazirliyinin İmereti Polis İdarəsinin əməkdaşları, isti izlərlə aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə 2006-cı il təvəllüdlü N.Ş.-ni tutublar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saçxeri rayonunun bir kəndində mübahisə zəminində 2006-cı il təvəllüdlü G.M.-ni soyuq silahla yaralayıb. Yaralı gənc xəstəxanaya çatdırılmadan dünyasını dəyişib.

Aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi isti izlərlə tutublar. Qəsdən adam öldürmə faktı üzrə istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır", - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
5