Bədbəxt hadisə: 2 ölü, 1 yaralı
29.07.2024 00:00
1110
Hadisə
A
Bədbəxt hadisə: 2 ölü, 1 yaralı

İyulun 28-də Adıqeni bələdiyyəsinin Ude kəndində yaşayış evinin divarının uçması nəticəsində iki nəfər həyatını itirib. 

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində daha bir nəfər yaralanıb. 

Yerli sakinlərin sözlərinə görə, ölənlər Axaltsixedəndir.

Mərhumlar bir-birinə yaxındırlar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onların hər ikisini ölü tapıb. Meyitlər yarılma üçün göndərilib. İndiki mərhələdə istintaqın hansı maddə ilə başladığı məlum deyil. 

ŞƏRH YAZ
5