Yol qəzası baş verib: 1 ölü, 1 yaralı
29.07.2024 11:20
896
Hadisə
A
Yol qəzası baş verib: 1 ölü, 1 yaralı

Keda bələdiyyəsində yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər yerindəcə həlak olub, bir nəfər isə yaralanıb.

Aktual.ge xəbər verir ki, təcili tibbi yardım mərkəzindən bildirilib ki, yaralı şəxs Keda bələdiyyəsində yerləşən klinikaya aparılıb.

Həkimlərin məlumatına görə, onun bədənində çoxsaylı travmalar görülüb. Əlavə müayinələr aparılır.

Mövcud məlumata görə, yol nəqliyyat hadisəsi zamanı yüngül və yük maşını toqquşub. Hadisə nəticəsində yüngül avtomobilin sürücüsü həlak olub. Hadisə yerində müvafiq xidmətlərin nümayəndələri səfərbər olunublar.

ŞƏRH YAZ
6