Qabal kəndində 23 yaşlı qız zorla qaçırılıb - QAN DONDURAN GÖRÜNTÜLƏR
29.07.2024 14:30
1578
Kriminal
A
Qabal kəndində 23 yaşlı qız zorla qaçırılıb - QAN DONDURAN GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Laqodexi bələdiyyəsinin Qabal kəndindən 23 yaşlı bir qız qaçırılıb.

Aktual.ge xəbər verir ki, evlənmək məqsədilə qaçırılan qıza küçənin ortasında zor tətbiq edilərək avtomobilə mindirilib. Bu anlar anbaan ətrafdakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Görüntülərdən göründüyü kimi, qızın nənəsi ilə birlikdə hərəkət etdiyi anlarda bir oğlan əvvəlcə onu zorla avtomobilə mindirməyə çalışır. Bu sırada 23 yaşlı qız və nənəsi müdaxilə etməyə başlayır. Həmin oğlana bir dostu da kömək edir. Yaşlı qadın küçənin ortasında yıxılır, qız isə zorla avtomobilə mindirilir.

Hadisə bu gün səhər saatlarında baş verib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb. Polis qaçırılan qızın axtarışına cəlb olunub.

ŞƏRH YAZ
14