
Kateqoriyalar
Laqodexi bələdiyyəsinin Qabal kəndində qaçırılan 23 yaşlı qız tapılıb.
Aktual.ge xəbər verir ki, dünən axşam saatlarında tapılan gənc qız hazırda Telavi polis idarəsindədir.
Hələlik əlavə təfərrüatlar məlum deyil.
Bundan əvvəl Aktual.ge ətrafdaki təhlükəsizlik kamera görüntüləri qeydləri əldə edib. Həmin görüntülərdən məlum olur ki, 23 yaşlı qız nənəsi ilə birgə hərəkət edərkən qəfil ona hücum edilib və zorla maşına mindirilib. Nəvəsinə kömək etmək istəyən yaşlı qadın isə dəfələrlə yerə yıxılıb. Qızı evlənmək məqsədi ilə qaçıranlar əvvəlcə Qaracala kəndi istiqamətində irəliləyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb.