
Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın yeni Prezidenti Məsud Pezeşkiyanın inauqurasiyasında iştirak etmək üçün bu ölkəyə səfər edəcək.
Bu barədə Aktual.ge xəbər portalına Hökumət Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gürcüstan hökumət başçısı inauqurasiyada iştirak etmək üçün İran İslam Respublikasından rəsmi dəvət alıb.
"İran Məclisində keçiriləcək inauqurasiya mərasimində 70 xarici nümayəndə heyəti iştirak edəcək. Hökumət başçısı İrakli Kobaxidze, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə prezidentin andiçmə mərasimində iştirak edəcək", - məlumatda deyilir.