"Kollektiv 'Milli Hərəkat' və onların himayədarlarının çatdırmağa çalışdıqları mesajlardan biri də budur ki, 'Milli Hərəkat' hakimiyyətə qayıtmasa, Avropaya inteqrasiya olmayacaq. Mən hər kəsə təminat vermək istəyirəm ki, nəzəri olaraq bu partiya geri qayıtmasına icazə versək, Avropaya inteqrasiya və hər şeydən geridə qalacağıq”.
Aktual.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalının efirində qonaq olarkən səsləndirib.
Hökumət başçısının sözlərinə görə, “Gürcü Arzusu”nun seçilməsi ölkənin bütün istiqamətlərdə, o cümlədən Avropaya inteqrasiya yolunda irəliləyişini davam etdirmək üçün zəruri şərtdir.
“Nəzəri cəhətdən 'Milli Hərəkat'ın qayıdışına icazə versək, Avropaya inteqrasiya və hər şeydən geridə qalacağıq. Zəmanət verirəm ki, belə bir nəzəri ssenarini təsəvvür etmək olarsa, onların burada ikinci cəbhə açması bir həftə çəkməz. Ona görə də “Gürcü arzusu”nun seçilməsi, ölkənin bütün istiqamətlərdə, o cümlədən Avropaya inteqrasiya yolunda irəliləyişini davam etdirməsi üçün zəruri şərtdir”, - Baş nazir qeyd edib.