31.07.2024 12:26
1056
Siyasət
A
"İran bölgədə çox mühüm dövlətdir" - Kobaxidze

"İran bölgədə çox mühüm dövlətdir və məhz bu nəzərə alınaraq, bu inauqurasiyada regionun bütün dövlətləri iştirak edirdi".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tehrandan qayıtdıqdan sonra jurnalistlərə müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, inauqurasiyada həmçinin Aİ-nin Ali Nümayəndəsi Cozef Borelin şəxsi təmsilçisi və BMT baş katibinin şəxsi nümayəndəsi də iştirak edib.

"Mən İran prezidentinin inauqurasiyasında iştirak edirdim. İran bölgədə çox mühüm dövlətdir və məhz bu nəzərə alınaraq, bu inauqurasiyada regionun bütün dövlətləri iştirak edirdi. Yəni orada nümayəndə heyəti çox geniş idi. Regionun özü yüksək səviyyədə təmsil olunmuşdu. Burada o cümlədən Azərbaycanın baş naziri, Ermənistanın baş naziri də iştirak edirdi.

Bu mövzuya gəldikdə isə, mənə deyildiyi kimi, Lomjariya bu mövzunun qaldırılması üçün şəxsən tapşırıq almışdı, amma xüsusi bir uğur əldə etməyib, lakin sizə demək istəyirəm ki, Lomjariyalar Ermənistanda da var, amma erməni Lomjariyalar bu mövzunu Ermənistanda qaldırmayıblar, niyə? Çünki erməni Lomjariyalara eyni mövzu tapşırılmayıb, elə tapşırıq verilməyib ki, gürcü Lomjariyaya verilib. Bu utancverici spekulyasiyadır" , - deyə İrakli Kobaxidze söyləyib. 

Məlumat üçün bildirək ki, "Reuters"in məlumatına görə, İran prezidentinin andiçmə mərasimində “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları eşidilib.

ŞƏRH YAZ
4