Netanyahudan Haniyənin ölümü ilə bağlı ilk açıqlama
01.08.2024 01:13
1440
Dünya
A
Netanyahudan Haniyənin ölümü ilə bağlı ilk açıqlama

“İranın vəkil qüvvələrinə ağır zərbə vurduq”

Aktual.ge NTV-yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu 31 iyul axşam saatlarında paytaxt Təl-Əvivdəki Kirya Hərbi Bazasında keçirilən iclasdan sonra söyləyib.

31 iyul İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra dünyanın gözünün çevrildiyi Benyamin Netanyahu ilk açıqlamasını verib. 

O, deyib:

“Biz İranın vəkil qüvvələrinə ağır zərbə vurduq. İsrail ona hücum edənlərə ağır bədəl ödətəcək. Biz hər cür təhdidlərə, hər cür ssenariyə hazırıq".

ŞƏRH YAZ
15