Paytaxt Tbilisidə "Era Teatrı"nın yeni ofisinin açılış mərasimi baş tutub.
Aktual.ge məlumat verir ki, teatırın yeni ofisinin açılış tədibirndə bədii rəhbər Anar Rafiqoğlu qonaqları salamlayaraq tədbiri açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandaki fövqəladə və səlahiyyətli Səfiri Faiq Quliyev çıxış edib.
Diplomat çıxışında “Era Teatrı”nın fəaliyyətindən, mədəniyyət və incəsənət sahəsinin önəmindən bəhs edərək, bu istiqamətdə fəaliyyət göstərən qurumlara hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Səfirliyin birinci katibi Anar Rəsulov da teatrın fəaliyyətini dəstəklədiklərini ifadə edib və kollektivə uğurlar arzulayıb.
Daha sonra sözügedən teatrın əməkdaşları Süleyman Selman Canbol, İdris Elnuroğlu və Elnur Vəlizadə öz çıxışlarında gələcək hədəflərdən danışıblar.
Tədbirdə İctimai Televizyanın əməkdaşı Səid Babazadənin müəllifi olduğu, “Era Teatrı”nın fəaliyyətinə həsr olunmuş sənədli film də təqdim olunub.
Qeyd olunub ki, “Era Teatrı”nın yeni ofisinin maliyyə dəstəyi Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən qarşılanır.