Az əvvəl açıqlandı: Aİ Gürcüstana maddi yardımı dayandırmağı nəzərdən keçirir
02.08.2024 00:39
382
Dünya
A
Az əvvəl açıqlandı: Aİ Gürcüstana maddi yardımı dayandırmağı nəzərdən keçirir

"Xarici təsirin" qanunun qüvvəyə minməsi fonunda Avropa İttifaqı Gürcüstana maddi yardımı dayandırmağı nəzərdən keçirir. 

Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Xidmətinin mətbuat katibi Peter Stano İspaniyanın "Europa Press" nəşrinə müsahibəsində bildirib.

Stano qeyd edib ki, Aİ-nin diplomatik xidməti "Gürcüstanda son vaxtlar baş verən hadisələrlə bağlı ciddi narahatlığını" davam etdirir, və mübahisəli qanunun qüvvəyə minməsi ölkənin Aİ-yə inteqrasiya yolunda "geriyə atılmış addım" deməkdir.

Onun sözlərinə görə, qısamüddətli perspektivdə Aİ artıq Gürcüstan rəsmiləri ilə siyasi əlaqələri azaldıb - "mövcud vəziyyətdən çıxış yolu axtarışına fokuslanmış olanlar istisna olmaqla".

"[Gürcüstan] hökumətinə maliyyə yardımımızın dayandırılması imkanını nəzərdən keçiririk", - Stano bildirib və qeyd edib ki, Aİ "Avropa Sülh Mexanizmi" çərçivəsində artıq 30 milyon avro məbləğində hərbi yardımı dondurub.

ŞƏRH YAZ
0