Kateqoriyalar
Marneuli Bələdiyyəsinin kəndlərindən brində ürəkləri dağlayan hadisə baş verib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, 4 yaşlı uşaq baş nahiyyəsindən "Tir" silahı ilə güllə yarası alıb.
Mövcud məlumata görə, 4 yaşlı uşaq qardaşı ilə oynayarkən, 7 yaşlı qardaşı ehtiyatsız davranaraq onu atəş açıb.
Azyaşlı yaralı vəziyyətdə Marneulidəki "Geo Hospitals" klinikasına yerləşdirilib, lakin oradakı müdaxilələrdən sonra 4 yaşlı uşaq paytaxt Tbilisidəki "İnqorovka" klinikasına köçürülüb.
Faktla bağlı Daxili İşlər Nazirliyi artıq istintaqa başlayıb.