Gürcüstan hökuməti arıçılığın dəstəklənməsi proqramını təsdiqləyib.
Aktual.ge xəbər verir ki, müvafiq qərar cari ilin 1 avqustunda verilib və burada fermerlərin hansı əsas meyarlara cavab verməli olduğu ətraflı təsvir edilib.
Maliyyə məsələsinə gəldikdə isə, proqramın həyata keçirilməsi üçün Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi tələb olunan maliyyəni – 2 milyon lari təmin etməlidir. Maliyyə Nazirliyi isə bu proqramın maliyyələşdirilməsi üçün aqro layihələr çərçivəsində əlavə olunmasını təmin edəcək.
Sənəddə qeyd olunduğu kimi, proqramda iştirakçılar aşağıdakı meyarlara cavab verməlidirlər:
Proqram çərçivəsində edilən alış-veriş Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydə alınmış sahibkar fiziki/juridik şəxs və ya idxal yolu ilə həyata keçirilməlidir.
Maliyyə məsələlərinə görə qərara əsasən:
Qərara əsasən, iştirakçı maliyyə dəstəyi verilməzdən əvvəl proqram çərçivəsində alınmış arı yuvalarının sayını və proqram şərtlərinə uyğun olaraq, proqramdan əvvəl NAITS-də olan arı ailələrinin sayını təsdiqləməlidir.
Sənəddə qeyd olunduğu kimi, proqram Gürcüstanın bütün ərazisində həyata keçiriləcək və müraciətlər elektron formada qəbul ediləcək.