Rustavidə bir nəfər gənc yıxılaraq ölüb - FOTO
Rustavidə 21 yaşlı bir gənc qəfildən yıxılaraq ölüb.
Aktual.ge İnforustavi-yə istinadən xəbər verir ki, ölən şəxs qəfil yerə yıxılıb və dünyasını dəyişib.
"İşə başlamağa hazırlaşırmışlar. Birdən qəfil səhhəti pisləşib və yıxılaraq çuxura düşdü. Təcili yardım gələnə qədər onu çuxurdan çıxarıb ürək masajı ediblər ancaq həyatda saxlaya bilməyiblər", - deyə mərhumun dostu söyləyib.
Onun sözlərinə görə, gənc oğlan oteldə koronavirus xəstəliyindən müalicə olunurdu və dünən evə buraxılıb.
Qeyd olunur ki, ölümünün səbəbinin hələ ki, nə olduğu məlum deyil.
Mütəxəssis kriminalistlər hadisə yerində işə başlayıblar.
Faktla bağlı araşdırma aparılır.