Baydendən hökumətə sərt mesaj:
09.08.2024 15:07
370
Siyasət
A
Baydendən hökumətə sərt mesaj: "Kremlin üslubunda qanun Aİ və NATO normalarına uyğun deyil"

"Mən Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən məyusam. Bunun nümunəsi Kremlin üslubunda olan 'xarici agentlər' qanunu və Gürcüstan hökumətinin rəsmi nümayəndələrinin yalan bəyanatlarıdır ki, bunlar Avropa İttifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir. Bu addımlara baxmayaraq, Gürcüstan xalqına və onun Avro-Atlantik meyllərinə sadiq qalırıq".

Aktual.ge xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Co Baydenin Gürcüstan Prezidenti Salome Zurabişviliyə avqust müharibəsinin 16-cı ildönümü ilə bağlı göndərdiyi məktubda qeyd olunub.

Salome Zurabişvili amerikalı həmkarının ona göndərdiyi məktubu sosial şəbəkə yayıb.

ABŞ Prezidenti məktubda işğalın 16-cı ildönümünü ilə bağlı qeyd edib ki, Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

“Hörmətli xanım Prezident,

Fürsətdən istifadə edərək, amerikalılar adından, 16 il öncə Rusiyanın işğalı və ölkənizin beşdə birinin sonrakı işğalı zamanı gürcü xalqının ruhuna olan hörmətimi ifadə etmək istəyirəm.

Bu gün biz Rusiyanın amansız işğalı nəticəsində həlak olanları, yaralananları və məcburi köçkünləri xatırlayırıq, həmçinin Kremlin işğal olunmuş ərazilərdə öz təsirini artırmaq cəhdlərini müşahidə edirik. Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Həmçinin Gürcüstan xalqının aydın niyyətini qeyd etmək istəyirəm ki, Avro-Atlantik meyllərini ifadə etməyə davam edir. Birləşmiş Ştatlar Gürcüstan xalqının demokratik gələcəyə sadiqliyini alqışlayır, bu istiqamətdə vətəndaş cəmiyyətinin müxtəlif baxış və fikirlərin ifadəsi ilə verdiyi mühüm töhfəni yüksək qiymətləndirir. Mən Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən məyusam. Bunun nümunəsi Kremlin üslubunda olan 'xarici agentlər' qanunu və Gürcüstan hökumətinin rəsmi nümayəndələrinin yalan bəyanatlarıdır ki, bunlar Avropa İttifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir. Bu addımlara baxmayaraq, Gürcüstan xalqına və onun Avro-Atlantik meyllərinə sadiq qalırıq.

32 illik qarşılıqlı münasibətlərimiz ərzində Gürcüstan və Birləşmiş Ştatlar birlikdə sülhü, sabitliyi, azadlığı və insan hüquqlarını müdafiə edirlər. Bu ortaq dəyərlər ölkələrimizi birləşdirir və əminəm ki, bu dəyərlər gələcəkdə də xalqlarımızı birləşdirəcəkdir", - Co Baydenin məktubunda deyilir.

ŞƏRH YAZ
7