Kateqoriyalar
Senator Jin Şahin və Konqresmen Mayk Torner bu gün Gürcüstana rəsmi səfərlə gəlirlər. Onları qəbul etməkdən məmnunuq.
Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstan Səfirliyi məlumat yayıb.
Diplomatik təmsilçiliyin yaydığı məlumata görə, ikitərəfli səfər çərçivəsində onlar Gürcüstan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin senator və konqresmen ABŞ hökumətinin məcburi köçkünlərə, sahibkarlara və tələbələrə dəstək verən proqramları ilə tanış olacaqlar.
Bildirilib ki, Birləşmiş Ştatlar Gürcüstan xalqını və onların Avro-Atlantik istəklərini dəstəkləməkdə tam məşğul və sadiqdir.