Prezident amerikalı siyasətçilər ilə görüşdə nələrə vurğu etdi? - AÇIQLAMA
10.08.2024 00:25
425
Siyasət
A
Prezident amerikalı siyasətçilər ilə görüşdə nələrə vurğu etdi? - AÇIQLAMA

"Oktyabr seçkiləri Gürcüstanın Avropa yolu və demokratik gələcəyi üçün referendum əhəmiyyətinə malikdir".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın ikipartiyalı nümayəndə heyəti, senator Jin Şahin və konqresmen Mayk Tornerlə görüşdə bildirib.

Prezident Administrasiyası Salome Zurabişvili ilə amerikalı yüksək vəzifəli siyasətçilərin görüşünə dair yaydğı məlumatda qeyd olunub ki, Salome Zurabişvili görüşdə Gürcüstandaki mövcud siyasi vəziyyət, işğal olunmuş ərazilərdə baş verən hadisələr və Qara dəniz regionunun təhlükəsizliyi barədə də danışıb. 

"Görüş zamanı senator Şahin və konqresmen Torner ABŞ-ın Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərinə sarsılmaz dəstəyini təsdiqləyiblər. Onlar Gürcüstana xüsusi olaraq gəldiklərini və bunun regional səfər olmadığını qeyd ediblər. Onlar Gürcüstanın demokratik gələcəyinə və inkişafına böyük önəm verdiklərini və Gürcüstanın və gürcü xalqının ABŞ-dan hər zaman ikitərəfli dəstəyin olub və olacaqlarını, bu isə bütövlükdə ölkənin dəstəyini ifadə etdiyini vurğuladılar.

Senator Şahin və konqresmen Torner hakimiyyətin atdığı addımları, məsələn, gürcü demokratiyasına, Gürcüstanın Avropa yoluna və ikitərəfli münasibətlərinə zərər vuran anti-Qərb ritorikasını vurğuladılar.  

Söhbətdə oktyabrda keçirilməsi nəzərdə tutulan seçkilərə də toxunulub. Prezident qeyd edib ki, bu seçki Gürcüstanın Avropa yolu və demokratik gələcəyi üçün referendum əhəmiyyətinə malikdir. Prezident Zurabişvili seçicilərin səfərbərliyinin vacibliyini vurğuladı və Gürcüstan Xartiyasını Avropa tövsiyələrinin qısamüddətli icrası üçün fəaliyyət planı və Avropa İttifaqı ilə üzvlük danışıqlarının açılması üçün mühüm alət kimi təqdim edib. 

Prezident qeyd edib ki, gürcü xalqının ABŞ-ın dəstəyini hiss etməsi çox vacibdir. Tərəflər dostluq aktının ikitərəfli münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üçün əhəmiyyətindən danışıblar.  

Görüş zamanı işğal olunmuş ərazilərdəki vəziyyət, Oçamçıri limanı məsələsi müzakirə olunub. Senator Şahin və konqresmen Torner işğal xəttinə getmək niyyətində olduqlarını bildiriblər", - Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.

ŞƏRH YAZ
1