Kosalı kəndində fiziki qarşıdurma- “Gürcü Arzusu”nun deputatı vətəndaşı döyməkdə ittiham olunur
10.08.2024 18:08
525
Siyasət
A
Kosalı kəndində fiziki qarşıdurma- “Gürcü Arzusu”nun deputatı vətəndaşı döyməkdə ittiham olunur

“Gürcü Arzusu”nun Qardabani bələdiyyə deputatı İslam Məmmədov vətəndaşı döyməkdə ittiham olunur.

Aktual.ge xəbər verir ki, məmurla həmkəndlisi arasında mübahisə nikah süfrəsi arxasında başlayıb, daha sonra isə qarşıdurma küçədə davam edib.

Yerli əhalinin  verdiyi məlumata görə, indiyədək kənddə zərərçəkmişi heç kim görməyib.

Bundan başqa, məlum olub ki, zərərçəkmiş artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib, lakin sonradan zərərçəkmiş istintaq üçün əlavə məlumat verməkdən imtina edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq başlayıb.

Mənbə:TV Pirveli

ŞƏRH YAZ
9