Qardabani bələdiyyə məclisinin "Gürcü Arzusu" partiyasından olan deputatı İslam Məmmədov Kosalı kəndində bir vətəndaşı fiziki zorakılığa məruz qoyub. Yerli sakinlərin məlumatına görə, mübahisə süfrə arxasında başlayıb və sözlü mübahisə tezliklə əlbəyaxa davaya çevrilib.
Aktual.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, davada bir neçə nəfər iştirak edib. Yerlilərin bildirdiyinə görə, hökumət nümayəndəsi İslam Məmmədov, güman ki, sərxoş vəziyyətdə olub.
"Mtavari" telekanalının məlumatına görə, zərərçəkən əvvəlcə özü polisə müraciət edib, lakin sonra ona hakim partiya tərəfindən təzyiq göstərildiyinə görə, şikayətini geri götürüb. Zərərçəkənin bildirdiyinə görə, bu, ailəvi bir anlaşılmazlıq olub və problem artıq həll olunub.
"Mən hələlik bu mövzu barədə danışmaq istəmirəm, sizə təsdiq edirəm ki, dava olub, lakin bu, şəxsi, ailəvi bir anlaşılmazlıq idi, problem artıq həll olunub, bu mövzuda əlavə şərh vermək istəmirəm", - deyə zərərçəkən telefonla verdiyi müsahibədə bildirib.
Davanın səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən 126-cı maddə ilə istintaq başlanıb. Sözügedən maddə, zorakılığı nəzərdə tutur.
Mənbə: Mtavari