Amerikalı siyasətçilər ilə görüşdən sonra Qvaramiyadan AÇIQLAMA
11.08.2024 00:49
473
Siyasət
A
Amerikalı siyasətçilər ilə görüşdən sonra Qvaramiyadan AÇIQLAMA

"Bu qəbul, tənqidi qiymətləndirmələr eşitmək üçün bir yer deyildi - biz tam dəstək zəmanətlərini eşitdik".

Aktual.ge xəbər verir ki, bu barədə "Axali" partiyasının həmsədri Nika Qvaramiya senator Jin Şahin və konqresmen Mayk Tornerlə ABŞ səfirliyində görüşdən sonra jurnalistlərə müsahibəsində söyləyib.

"Bu qəbul tənqidi qiymətləndirmələr eşitmək üçün bir yer deyildi. Çünki biz bu qiymətləndirmələri bilirik. Bu cür qiymətləndirmələr yalnız bu gün deyil, gələcəkdə də veriləcək. Bu, ölkəmizin ən vacib, strateji və ən seçilən dostu ilə görüş idi. Biz tam dəstək zəmanətlərini eşitdik. Bizim üçün çox faydalı görüş oldu və müəyyən bir müddət ərzində xanım senatorla ayrı-ayrılıqda danışmaq imkanımız oldu", - deyə Qvaramiya qeyd edib.

ŞƏRH YAZ
2