DİN Zuqdididə banka hücum təcavüzkarın şəkilini paylaşdı - FOTO
26.10.2020 20:40
1128
Kriminal
A
DİN Zuqdididə banka hücum təcavüzkarın şəkilini paylaşdı - FOTO
"25 oktyabrda Daxili İşlər Nazirliyindən edilən açıqlama və müraciətə baxmayaraq, bəzi medialar 'Bank of Georgia'nın Zugdididəki filialında soyğunçuluq edən şəxsin şəxsiyyəti və fotoşəkili haqqında məlumat yaydı, bundan əvvəl isə Nazirlik bunu təsdiqləmişdi". Aktual.ge-nin verdiyi xəbərə görə, bu sözləri daxili işlər nazirinin müavini Vladimer Bortsvadze Zuqdididə Regional Polis Baş İdarəsində keçirdiyi xüsusi brifinqdə söyləyib. "Bir daha hər kəsə müraciət etmək istəyirik ki, bu ağırlıqdakı cinayətlər barədə məlumatların məqsədyönlü şəkildə yayılması, intensiv əməliyyat tədbirləri ilə paralel olaraq istintaq prosesinə, cari və planlaşdırılan polis fəaliyyətinə mane olur. Müəyyən edilmiş cinayətkarın şəxsiyyətinin cəmiyyətin bir hissəsinə artıq məlum olduğundan, Daxili İşlər Nazirliyi onun haqqında məlumat yayacaq: Polis tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hücumda iştirak edən şəxs: 1988-ci il təvəllüdlü Badri Esebua olduğu müəyyənləşdi. Polis onun harada olduğunu və tutulması üçün xüsusi əməliyyat, axtarış və istintaq tədbirlərini fəal şəkildə davam etdirir”, - deyə DİN müavini V.Bortsvadze bildirib. Qeyd olunu ki, Zuqdididə baş vermiş müvafiq hadisə ilə əlaqədar İstintaq Gürcüstan Cinayət Məcəlləsinin terror aktı, terror məqsədi ilə girov götürülməsi, habelə qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələrini nəzərdə tutan 236, 323 və 329-cu maddələri ilə aparılır. Xatırladaq ki, oktyabrın 21-də Zuqdididə bir cinayətkar "Gürcüstan Bank"ın filialına hücum edərək 43 nəfəri girov götürmüşdü. Hüquq-mühafizə orqanlarının səyi ilə bir neçə saat davam edən danışıqlardan sonra cinayətkar girovların əksəriyyətini Sameqrelo-Zemo Svaneti regional polisinin rəisi Avtandil Qaldava ilə dəyişdirərək eləcədə müəyyən bir miqdar pul alaraq sərbəst buraxdı. Sonra cinayətkar A.Galdavanı və 3 girovu sərbəst buraxaraq naməlum bir yerə qaçıb.
ŞƏRH YAZ
3