26.10.2020 23:33
1261
Siyasət
A
"Bu gün seçki keçirilsə kimə səs verərdiniz?" - SORĞUNUN NƏTİCƏLƏRİ AÇIQLANDI
Britaniyanın Survation şirkəti, "Rustavi2" telekanalının sifarişi ilə seçkilərdə siyasi partiyaların əvvəlki sıralamasını əks etdirən son sorğunu dərc edib. Aktual.ge xəbər verir ki, "Bu gün parlament seçkiləri keçirilsə hansı partiyaya səs verərdiniz" sualı ətrafında 1 210 nəfər Gürcüstan vətəndaşı ilə sorğu keçirilib. "Rustavi2" Tv-nin sifarişi ilə gerçəkləştirilən sorğunun nəticələri belədir: "Gürcü Arzusu" - 55% "Vahid Milli Hərəkat" - 22% "Giorgi Vaşadze - Strateji Quruculuq" - 5% "Lelo" - 4% "Avropalı Gürcüstanı" - 4% "Vətənpərvərlər İttifaqı" - 3% "Girçi" - 2% "İşçi Partiyası" -2% Digər partiyala 3% Qeyd olunub ki, adı çəkilən partiyaları dəstəkləyəcəklərinə əmin olub-olmadıqları barədə soruşulduqda, buna tamamilə əmindirlər - 70%, az-çox əminəm - 24%, 3% yalnız bir qədər inandıqlarını, tamamilə inandıqlarını - 3% Biıdirilib ki, sözügedən sorğu 16-20 oktyabr tarixlərində aparılıb və yanılma payı 3,5 %-dır
ŞƏRH YAZ
8