SON DƏQİQƏ! Türkiyədə terror baş verib - Yaralılar var (FOTO/VİDEO)
Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.
Aktual.ge xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.
O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.
"İki terrorçunun izlənilməsi zamanı İskəndərunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir", - o bildirib.
"Habertürk" isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.
"Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib",- Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.