Ərdoğan: “Terrorla mübarizəmizi davam etdirəcəyik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Hatayda baş verən terror aktı ilə əlaqədar fikirlərini bölüşüb.
Aktual.ge xəbər verir ki, o, bununla bağlı rəsmi “Twitter” hesabında paylaşımlar edib.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə bu cür hücumların təşkil edildiyi, idarə olunduğu və məşğul edildiyi ölkə deyil:
“Təhlükəsizlik qüvvələrimizin səyi nəticəsində həm sərhədlərimiz daxilində, həm də xaricində terrorçulara və onları dəstəkləyənlərə qarşı mübarizəmizi davam etdirəcəyik”.
Digər paylaşımında isə Türkiyə prezidenti Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyata görə qəhrəman təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təbrik edib.