Qabalda 23 yaşlı qızın qaçırılması ilə bağlı 5 nəfər saxlanılıb: DİN detalları açıqladı - VİDEO
14.08.2024 12:55
756
Kriminal
A
Qabalda 23 yaşlı qızın qaçırılması ilə bağlı 5 nəfər saxlanılıb: DİN detalları açıqladı - VİDEO

Kaxeti polisi əməkdaşları azadlığın qanunsuz məhdudlaşdırılması faktı ilə əlaqədar 5 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, A.M., evlilik məqsədilə, 2000-ci il təvəllüdlü G.H.-nı azadlığını qanunsuz məhdudlaşdırıb və ona cinsi təcavüz edib. Azadlığın qanunsuz məhdudlaşdırılmasında həmçinin hazırda təqsirləndirilən şəxs qismində saxlanılıblar: İ.F., C.İ., S.A. və M.B.

Bildirilib ki, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü və 137-ci maddələri üzrə aparılır. Cinayətlər 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd olunub ki, polis, intensiv operativ-axtarış və istintaq tədbirləri nəticəsində, qaçırılan qızı Qaracala kəndində tapıb.

"Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polisi Departamentinin Laqodexi rayon şöbəsinin əməkdaşları, keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1998-ci il təvəllüdlü A.M.-i qrup halında qanunsuz azadlıqdan məhrum etmə və cinsi təcavüz ittihamı ilə, 1969-cu il təvəllüdlü İ.F., 1999-cu il təvəllüdlü C.İ., keçmiş məhkum, 1996-cı il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü M.B.-ni isə qrup halında qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıb " , - məlumatda deyilir.

ŞƏRH YAZ
2