Qondarma
27.10.2020 10:42
354
Dünya
A
Qondarma "Qarabağın" “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Qondarma "Qarabağ" rejiminin dırnaqarası “müdafiə naziri” Cəlal Arutyunyan yaralandığına görə tutduğu vəzifədən uzaqlaşdırılıb. Aktual.ge xəbər verir ki, bu barədə sözügedən qondarma rejimin süni "prezidenti" Araik Arutunyan özünün rəsmi "Facebook" səhifəsində məlumat yayıb. O, C.Arutyunyanın yerinə yeni “müdafiə naziri” Albert Arzumanyanı təyin edib. Qeyd edək ki, bu gecə yayılan məlumatlara əsasən, qondarma rejimin Müdafiə naziri Cəlal Arutyunyan Azərbaycan ordusu tərəfindən məhv edildiyi deyilirdi. Lakin bu xəbər Ermənistan tərəfindən rəsmi olaraq təsdiqini tapmayıb.
ŞƏRH YAZ
1