Mixeil Saakaşvili:
27.10.2020 10:54
1960
Siyasət
A
Mixeil Saakaşvili: "29 oktyabrda Tbilisidə böyük mitinq var, çıxaq və Bidzina İvanişvilini xəbərdar edək"
"Oktyabrın 29-da Tbilisidə mitinq keçiriləcək". Aktual.ge İpn-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bildirib. Onun sözlərinə görə, müxalifətin 29 oktyabrda təşkil edəcəyi mitinq "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə xəbərdarlıq olacaq. "29 oktyabrda Tbilisidə çox böyük mitinq var. Bu mitinq Bidzina İvanişvilinin planlaşdırdığı hər hansı bir şeyə cəsarət etməməsi barədə xəbərdarlıq məqsədi güdür. Buna görə xahiş edirəm, Tbilisililər, çıxaq və bu şəxsi xəbərdar edək", - deyə o, çağırış edib.
ŞƏRH YAZ
5