Gürcüstanda hər üçüncü uşaq yoxsulluq həddinin altında yaşayır.
Aktual.ge xəbər verir ki, bu Sosial Xidmətlər Agentliyinin və Milli Statistika Xidmətinin yaydığı məlumatlarda öz əksini tapıb.
Daha dəqiq desək, 2024-cü ilin iyul ayının sonuna olan vəziyyətə görə ölkədə 16 yaşına qədər olan 243 min 573 nəfər yaşayış müavinəti alır, Statistika Xidmətinin məlumatlarına görə isə bu yaş qrupunda Gürcüstanda ümumilikdə 764 min 759 nəfər var.
Bundan əlavə, Sosial Xidmətlər Agentliyinin məlumatına görə, ən çox sosial müavinət alan uşaq Tbilisidə qeydə alınıb - 53 min 724.
Bölgələr üzrə sosial müavinət alan uşaqların siyahısı belədir:
Tbilisi - 53 724;
Kvemo Kartli - 38 788;
İmereti - 30 115;
Sameqrelo-Zemo Svaneti - 26 870;
Acara - 25 643;
Kaxeti - 23 840;
Şida Kartli - 18 874;
Quriya - 9120;
Samtsxe-Cavaxeti - 7679;
Mtsxeta-Mtianeti - 6267;
Raça-Leçxumi və Kvemo Svaneti - 2653.
Ümumilikdə, 2024-cü ilin iyul ayına olan məlumata görə, Gürcüstanda 677 min 495 nəfər yaşayış üçün müavinət alırdı ki, bu da ümumi əhalinin 18,3%-ni təşkil edir.