Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi 1949-cu il sentyabrın 19-da Cenevrədə qəbul edilmiş "Yol Hərəkəti haqqında" Konvensiyaya uyğun olaraq beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı Xidmət Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi əsasında bir il müddətinə verilir və sənəd Cenevrə Konvensiyasına üzv ölkələrdə Gürcüstanın sərhədlərindən kənarda qüvvədə olacaq.
Vəsiqənin dəyəri 109 laridir.
Xidmət Agentliyi, həmçinin 1968-ci il noyabrın 8-də qəbul edilmiş "Yol Hərəkəti haqqında" Vyana Konvensiyasına uyğun olaraq 3 illik müddətə qüvvədə olan beynəlxalq sürücülük vəsiqəsi də verir. Bu sənəd Gürcüstanın sərhədlərindən kənarda Vyana Konvensiyasına üzv ölkələrdə qüvvədə olacaq.
Beynəlxalq sürücülük vəsiqəsi almaq üçün maraqlı şəxs Xidmət Agentliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyəti təsdiq edən sənəd;
Milli sürücülük vəsiqəsi.