15.08.2024 10:32
529
Siyasət
A
"Əgər bu həftə seçkilər keçirilsəydi, hansı partiyaya səs verərdiniz?" - SORĞU NƏTİCƏLƏRİ

"GORBİ" Araşdırma Mərkəzi hökumətə yaxın olan “İmedi” telekanalının sifarişi ilə ictimai rəy sorğusu keçirib.

Aktual.ge xəbər verir ki, sorğu zamanı vətəndaşlara, "Əgər bu həftə parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz" sualı ünvanlanıb.

Suala cavab olaraq respondentlərin əksəriyyəti hakim "Gürcü Arzusu" partiyasını dəstəklədiklərini bildiriblər.

Sorğuda iştirak edən respondentlərin səslərinin faiz nisbətini aşağıda təqdim edirik:

  • “Gürcü Arzusu” - 59,3%
  • “Vahid Milli Hərəkat” / “Strategiya Ağmaşenebeli” - 13,1%
  • Koalisiya "Lelo"/"Ana Dolidze - Xalq üçün"/"Azadlıq Meydanı" - 5,8%
  • Koalisiya "Axali" / "Qirçi - Daha Çox Azadlıq" / "Droa" - 5,5%
  • "Gürcüstan Naminə" - 4,8%
  • "Gürcüstanın Patriotlar Alyansı" və "Alt İnfo" Koalisiyası - 3%
  • "Avropalı Gürcüstan" - 2,2%
  • "Yeni Siyasi Mərkəz Qirçi" - 2,1%
  • Digər - 4,2%

Qeyd olunub ki, ictimai rəy sorğusu iyulun 24-dən avqustun 4-dək üzbəüz müsahibə üsulu ilə ölkə üzrə 1700 vətəndaş arasında aparılıb. Sorğunun yanılma payı +/-3% təşkil edir.

"GORBİ"nin apardığı bu sorğuya əsasən, “Gürcü Arzusu” Parlamentdə 107 mandat, bütün müxalifət isə 43 mandat əldə edə bilər.

ŞƏRH YAZ
16