Bolnisi meri Davit Şerazadişvilinin
15.08.2024 18:39
340
Siyasət
A
Bolnisi meri Davit Şerazadişvilinin "Gürcü Arzusu"nun proporsional siyahısında yer alacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, regionlarda "Gürcü Arzusu"nun seçki kampaniyasına rəhbərlik edəcək 22 nümayəndənin adını açıqlayıb və onların hakim partiyanın proporsional siyahısında keçid yerlərində yer alacağını bildirib.

Aktual.ge xəbər verir ki, hökumət başçısı hakim partiyanın mərkəzi qərargahında keçirdiyi brifinqdə belə deyib.

O, Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka seçki dairəsinə Bolnisi meri Davit Şerazadişvilinin rəhbərlik edəcəyini və onun bu dairədə partiyanın nümayəndəsi olduğunu bildirib.

Gürcüstanın bütün bölgələri üzrə 22 nümayəndənin adını təqdim edən Baş nazir deyib: 

"Bütün nümayəndələr 'Gürcü Arzusu'nun proporsional siyahısında keçid mövqelərində yer alacaq."

 

ŞƏRH YAZ
15